Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var - YENİLƏNİB

Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var - YENİLƏNİB

Tarix: 11 Iyul 2020 21:34

21:31

Şəmkirdə "Mercedes" markalı mikroavtobus aşıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Ağstafaya gedən mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılardan üçü - Qazax rayon sakini 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini 30 yaşlı Xaliq Ələsgərov və daha bir nəfər xəsarətlə xəstəxanaya aparılıb. Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib. 

Qeyd edək ki, qəzaya düşən mikroavtobusda olanların işdən qayıtdıqları bildirilir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

20:59

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.


Etiketlər:  Şəmkirdə mikroavtobus aşıb xeyli sayda yaralı YENİLƏNİB


RƏYLƏR