Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rolls-Royce 8 yaşlı uşağın əllə çəkdiyi rəsmi 3D dizayna çevirdi

Rolls-Royce 8 yaşlı uşağın əllə çəkdiyi rəsmi 3D dizayna çevirdi

Tarix: 12 Iyul 2020 20:56

İngiltərədə yerləşən lüks avtomobil istehsalçısı Rolls-Royce COVID-19 səbəbilə evlərinə qapanan gənclərin gələcəyin Rolls Royce avtomobillərini dizayn etməsi üçün aprel ayında Rolls-Royce Gənc Dizaynerlər Yarışması keçirmişdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, uşaqlara və gənclərə yönəlmiş bu yarışmada iştirak edərkən peşəkar renderlər deyil, əl ilə çəkilmiş avtomobil dizaynları göndərilirdi.

Rolls-Royce yarışmanın məqsədinin daha yaxşı başa düşülməsi üçün yuxarıdakı "Təbiəti bəsləmək" konseptini paylaşıb. Gördüyünüz kimi görüntünün mərkəzində yer alan üçölçülü konsepsiya dizaynı Rolls-Royce dizaynerləri tərəfindən hazırlanıb. Bu konseptə ilham verən və Megan adlı bir qız tərəfindən tərtib edilən dizayn şəklin yuxarı sol küncündə yerləşir.

Rolls-Royce-un açıqlamasına görə müsabiqə gözləniləndən daha çox marağa səbəb olub. Bu gündən (2 iyul) etibarən başa çatan müsabiqə 80 fərqli ölkədən 16 yaşına qədər gənclər və uşaqlar tərəfindən yaradılan 5000 konsepsiya Rolls-Royce rəsmlərindən ibarət idi.

Birinci seçiləcək iştirakçıya mükafat isə məktəbin ilk günündə sürücüsü olan Rolls-Royce avtomobili ilə məktəbə getmək olacaq. İkinci seçilən isə Rolls-Royce-un baş direktoru Torsten Müller-Ötvös tərəfindən imzalanan bir sertifikata sahib olacaq.

Milli.Az


Etiketlər:  Rolls Royce 8 yaşlı uşağın əllə çəkdiyi rəsmi 3D dizayna çevirdi


RƏYLƏR