Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azpetrol”un 4 məntəqəsində STQ-nin satışına başlanılıb

“Azpetrol”un  4  məntəqəsində STQ-nin satışına başlanılıb

Tarix: 13 Iyul 2020 13:04

Bakı. Trend:

19 mart 2020-ci il tarixindən etibarən “Azpetrol” şirkətinin “Babək” qazdoldurma məntəqəsində (QDM-də), iyulun 08-də “Mərdəkan” QDM-də, iyulun 10-da “Mayak” QDM-də, iyulun 11-də “Masazır” YDM-də STQ-nin satışına başlanılıb. Müştərilərin nəzərinə çatdırırıq ki, STQ (Sıxılmış Təbii Qaz – “CNG”) mühərrik yanacağının satış qiyməti bir kubmetr üçün 0.45 manat təşkil edir.

Qeyd edək ki, STQ (“CNG”) mühərrik yanacağı Avro-6 ekoloji və QOST 27577-2000 “Daxili yanma mühərriklərdə istifadə edilmiş sıxılmış təbii qaz” standartlarının tələblərinə tam cavab verir.

QDM-nə daxil olan təbii qazın tərkibindəki mexaniki qarışıqların, müxtəlif kondensatların və sərbəst suyun təmizlənməsi üçün QDM-nə koalisçent tipli Filter-Separator quraşdırılıb.

Eyni zamanda qazın tərkibindəki su buxarının qurudulması üçün QDM-nə yüksək göstəricilərə malik Qaz Quruducuları da quraşdırılıb. Qazın nəmlik dərəcəsinə nəzarət etmək üçün hər bir quruducunun giriş və çıxış xətləri qazın tərkibindəki su buxarının şeh nöqtəsini ölçən sensorlarla komplektləşdirilib. Bunun sayəsində qazın nəmlik dərəcəsinə daimi nəzarət olunacaq.

Məntəqələrdə Qaz Quruducusunun quraşdırılması sürüçülərə aşağıdakı faydaları olacaqdır:

1.Avtomobillərin yanacaq çəninə STQ-nin dolumu zamanı donma halları baş verməyəcək, dolum sürəti artacaq və əməliyyat daha tez başa catacaq;

2.Dolum zamanı donma hallarında yaranan buzlaşmış su yanacaq çəni vasitəsi ilə mühərrikə ötürülmür və bu da mühərrikin korroziyaya uğramasına səbəb olmur.

Texnoloji proseslər zamanı temperaturu yüksələn STQ-nin soyudulması üçün QDM-nə Qaz Soyuducusu (Çiller) quraşdırılıb. Çiller ilə soyudulmuş STQ-nin avtomobillərə dolum zamanı temperatur sabit olacaq.

Qeyd etmək lazımdır ki, STQ (“CNG”) ilə işləyən avtomobillərin coğrafiyası getdikcə genişlənir. Çünki hazırda bütün mövcud yanacaqların ən etibarlı, ekoloji cəhətdən səmərəli növü STQ (“CNG”) hesab olunur.

STQ ( “CNG”) kompressor stansiyasında boru nəqli ilə gələn təbii qazın sıxılması hesabına əldə edilir, daxili yanma mühərriklərində yanacaq olaraq istifadə üçün 200-250 bar (196-245 kq/sm2) təzyiqə bərabərdir.

Onu da bildirək ki, “Azpetrol”un məntəqələrində STQ (“CNG”) avadanlıqlarının quraşdırılması İtaliyanın “SAFE” şirkəti tərəfindən həyata keçirilib.

Azpetrol – daim inkişafa doğru!


Etiketlər:  Azpetrolun məntəqəsində satışına başlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ