Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 10:42
Bakı. Samir Əli - Trend:
Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib.
Trend-in məlumatına görə, iyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ölən qadının kimliyi müəyyən edilib. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.