Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi

Tarix: 20 Iyul 2020 19:12

YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

Mərhum sabah dəfn ediləcək.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə "YUĞ" Teatrının direktoru vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin.


Etiketlər:  YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi


RƏYLƏR