Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Tarix: 20 Iyun 2019 04:12

Bakı. Trend:

Vaşınqtonda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin görüşü baş tutub.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər. Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparıldı.

Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə etdilər. Hər iki tərəf ATƏT-in Minsk Qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesinə dəstək ifadə etdi.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirildi və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət Katibinin müavini tərəfindən vurğulandı.

Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ