Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürdə batan yeniyetmənin meyiti tapılıb

Kürdə batan yeniyetmənin meyiti tapılıb

Tarix: 21 Iyul 2020 13:03

Bakı. Trend:

Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Etiketlər:  Kürdə batan yeniyetmənin meyiti tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ