Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 13:30
"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç cari mövsüm Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniyalı qolkiper birinci liqada bütün 34 matçda 90 dəqiqə meydanda olub və cəmi 26 qol buraxıb. Bununla da, o, komandasının Türkiyə Superliqasına vəsiqə qazanmasında böyük rol oynayıb.
Qeyd edək ki, "Erzurumspor" 1-ci liqanı 62 xalla 2-ci pillədə tamamlayıb və elitaya yüksəlib.
Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”da oynayıb.