Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 23:51
Onkoloji xəstəliklərdə həkimlərin də, xəstələrin də qorxduğu şişin sürətlə metastaz verməsi, yəni qonşu orqan və toxumalara da sıçrayıb kök atmasıdır.
Sonxeber.net medicina.az-a istinadən metastazın baş vermə səbəblərini təqdim edir.
Bədxassəli törəmə şişlərin inkişafının pik mərhələsində ondan hüceyrələr ayrılaraq qan və limfa ilə bədəndaxilində digər uzaq və yaxın hissələrə daşınıb, orda kök salaraq, qarşısı alınmayacaq dərəcədə bölünüb, yeni şişlər əmələ gətirir. Məhz bu proses xərçəngin metastazı adlanır.
Hansı orqanlar təhlükədədir:
Bəzi tip növlər konkret orqanlara metastaz verir.
- Süd vəzi xərçəngi ağciyər, beyin, qaraciyər, döş qəfəsi sümüklərinə
- Ağciyər xərçəngi qaraciyər, beyin, böyrək və sümüklər
- Bağırsaq şişləri qaraciyər və ağciyərlərə
- Prosrat sümük, ağciyər, qaraciyərə
- Mədəaltı vəz şişi ağciyər, qaraciyər, döş qəfəsinə
Metastazın baş verməsinə səbəb olan faktorlar:
- Şişin tipi
- Aqressivliyi
- Xəstəliyin dərəcəsi
Metastaz birinci şişlə eyni hüceyrədən yaranır və eyni xassəli olur. Adətən aqressv tiplərdə metastaz dövrü 1 ildən başlayır.