Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 22:44
Bakı. Asif Mehman - Trend:
Su qıtlığı ilə bağlı ilk növbətə dövlət başçısının tələbinə uyğun olaraq operativ tədbirlər həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Aztv-nin "Hədəf" verlişinə açıqlamasında deyib.
Onun sözlərinə görə, su qıtlığı ilə bağlı ilk növbətə dövlət başçısının tələbinə uyğun olaraq operativ tədbirlər həyata keçirildi. Mingəçevir su anbarı nəzarətə götürüldü. Mingəçevir su anbarı üçün 10 günlük qrafiklər təsdiq olundu, hər 10 günün tamamında bu qrafiklər müzakirə olunur. 10 gün ərzində toplanan məlumat komissiyanın iclasında təhlil olunur və gələn 10 gün üçün qrafik müəyyən olunur. Məqsəd su ehtiyyatların qorunması, suya təlabatın optimal şəkildə təmin etməkdir:
"Eyni qaydada Ceyranbatan su anbarı nəzarətə götürülüb. Bunlardan əlavə Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb, bu yeni sistemdir. Su təsərrüfatı balansı tərtib olundu".
Ş.Mustafayev bildirib ki, Elektron Su Təsərrüfatı İnformasiya Sistemi gündəlik məlumatlar operativ qaydada daxil olunur. Gələcək mərhələdə aidiyyatı strukurtuların məlumatları bu sistemə inteqrasiya olunacaq, üçüncü mərhələdə artıq onlayn rejimdə ölkədə bütün su resusrslarının hərəkəti haqqında məlumatlı olacağıq. Quraşdırılmaqda olan ölçü cihazları vasitəsilə biz ölkədə suyun hərəkətini müşahidə edə və nəzarətdə saxlaya biləcəyik.