Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 08:16
"Microsoft" şirkəti "Windows"un növbəti yeniləməsi üçün sistem tələblərini açıqlayıb. Bu haqda şirkətin mütəxəssislərinə istinadən "MyDrivers" yazıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumatda "Windows 10" sisteminin yeni versiyası tərəfindən dəstəklənən prosessorlar göstərilib. Əməliyyat sistemi 10-cu nəsil "Intel", "Intel Core i3", "i5", "i7" və "i9", "E-22" seriyalı "Intel Xeon", "Intel Atom", "Celeron" və "Intel Pentium" prosessorları ilə işləyən kompüterlərə quraşdırıla bilər. Həmçinin "Windows" sistemini 7-ci nəsil "AMD" çipləri ilə işləyən kompüterlərə quraşdırmaq mümkün olacaq.
Açıqlanmış sistem tələblərində deyilir ki, əməliyyat sisteminin yeni versiyası yığcam qurğularda iş üçün optimallaşdırılacaq. "Qualcomm Snapdragon 850" və "8cx" prosessorlarının dəstəyi elan edilib.
Əməliyyat sisteminin qlobal yeniləməsinin çıxarılması oktyabr və ya noyabrda gözlənilir. Sistem yeniləməsi "Windows 10 20H2" adlandırılacaq.