Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 11:39
Bakı. Trend:
İyulun 29-da saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.
Masallı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun özünə məxsus tək lüləli tüfənglə qonşuları Vüqar İsmayılov və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.