Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 17:12
Bakı. Trend
Tbilisidə ötən gün parlament qarşısında keçirilmiş etiraz aksiyaları nəticəsində 305 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.
Bundan başqa, toqquşmalarda 240 nəfərin yaralandığı deyilir.
Müxalifət partiyaları bu gün axşam saatlarında növbəti etiraz aksiyasının keçiriləcəyini elan edib.
Qeyd edək ki, etirazlar fonunda Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze bu gün istefa verib
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin