Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb

Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb

Tarix: 4 Avqust 2020 11:30

Bakı. Trend:

Masallıda tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Sığıncaq kənd sakini Ş.Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ