Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon ABŞ-ın Əfqanıstandakı kontingentinin azaldılması üzrə planları təsdiqləməyib

Pentaqon ABŞ-ın Əfqanıstandakı kontingentinin azaldılması üzrə planları təsdiqləməyib

Tarix: 7 Avqust 2020 10:00

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı sülh danışıqlarının uğurlu bitəcəyinə və Ağ Evin təlimatlarına uyğun olaraq İslam Respublikasında yerləşdirilmiş NATO qoşunlarının çıxarılmasına imkan verəcək şərtlərin yerinə yetiriləcəyinə ümid edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün keçirilən brifinq zamanı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

C.Hoffman prezident Donald Trampın noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bir neçə min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılması barədə sözlərini təsdiqləməyib: "Mən daha əvvəl imzalanan fərman və sərəncamları müzakirə etmək niyyətində deyiləm".

Xatırladaq ki, daha əvvəl prezident Donald Tramp bildirib ki, ölkəsi yaxın zamanda Əfqanıstandakı ABŞ hərbçilərinin sayını 4 minə qədər azaltmaq niyyətindədir. O vurğulayıb ki, ABŞ-da keçiriləcək prezident seçkiləri günü Əfqanıstanda, yəqin ki, 4-5 min ABŞ hərbçisi qalacaq.


Etiketlər:  Pentaqon ABŞ Əfqanıstandakı kontingentinin azaldılması üzrə planları təsdiqləməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ