Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 00:16
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.
Qol.az klubun rəsmui saytına istinadən xəbər verir ki, Turin təmsilçisini komandanın sabiq futbolçusu Andrea Pirlo çalışdıracaq. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Pirlo bu vəzifədə bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunmuşdu. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.