Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bel çantasında narkotik tapıldı

Bel çantasında narkotik tapıldı

Tarix: 14 Avqust 2020 11:12

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bel çantasında narkotik tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ