Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 08:08
"Barselona"nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə keçirilən oyunu dəyərləndirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ulduz futbolçu 2:8 hesablı məğlubiyyətə görə utandığını söyləyib.
İspaniya millisinin sabiq üzvü artıq dəyişiklik zamanının yetişdiyini deyib: "Utanıram. Birinci dəfə deyil ki, bu halla üzləşirik. Artıq dəyişikliyə ehtiyac var. Bunu məşqçi və ya futbolçu heyəti ilə əlaqələndirmirəm. Köklü dəyişiklik ediləcəksə, hətta mən özüm də kənara çəkilməyə hazıram".
Qeyd edək ki, "Barselona" 2019/20 mövsümünü titulsuz başa vurub.