Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 20 Avqust 2020 11:40
"Bavariya"nın futbolçusu Alfonso Deyvis Çempionlar Liqasının 1/4 finalında "Barselona" üzərində 8:2 hesablı qələbədən sonra rəqib komandanın kapitanı Lionel Messidən formasını istəyib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə kanadalı oyunçu özü məlumat verib: 
"Matçdan sonra Messinin yanına getdim və ondan formasını istədim. Ancaq Messidən cavab almadım. Deyəsən, bir az məyus idi. Ümid edirəm ki, növbəti dəfə onun formasını ala biləcəyəm".
 
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    