Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin cavab oyununun da vaxtı bilindi - Avropa Liqası

Tarix: 25 Iyun 2019 12:52

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə cavab oyununun da vaxtı açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 18-də Bakıda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Görüş "Bakcell Arena"da olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.
 


Etiketlər:  Neftçinin cavab oyununun da vaxtı bilindi Avropa Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ