Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 08:12
Counterpoint Research analitik şirkəti smart saatlar bazarını analiz edərək bu ilin ilk yarısında alıcıların daha çox hansı brendlərin məhsullarına üstünlük verdiklərini öyrənib. Mütəxəssislər qeyd ediblər ki, pandemiyaya baxmayaraq smart saatlar bazarındakı satışlar diqqət çəkəcək dərəcədə yüksəliblər. Şirkətlərdən biri isə bu bazarın yarısını ələ keçirtməyi bacarıb. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə bu ilin ilk yarısında satılmış smart saatlar üzrə liderliyi Apple şirkəti qazanıb.
Belə ki, sözügedən bazarın 51.4%-i onun əlindədir. Növbəti yerlərdə Huawei və Garmin şirkətləri qərarlaşıblar. Bu iki şirkətin payına ümumilikdə bazarın 17.7%-i məxsusdur. İlin əvvəlindən ortasına kimi Apple Watch seriyasının satışları 43%-dən 50%-ə yüksəlib. İlk 6 ay ərzində bütün dünyada ümumilikdə 42 milyon ədəd cihaz satılıb. Ən çox satılanlar sırasında Apple Watch Series 5 və Series 3 modelləri olublar.