Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 21:06
Amerikalı alimlər xüsusi hazırlanmış anticism istifadə edərək Alzheimer xəstəliyinə səbəb olan neyroinflammatiyaya təsir imkanlarını nəzərdən keçirib. Yeni yanaşma labaratoriya şəraitində uğurla sınaqdan keçirilib. Tədqiqat nəticələri "Journal of Neuroinflammation" jurnalında dərc edilib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Alzheimer xəstəliyi yaşlı demansın ən yayılmış formasıdir və hələ sağalmaz hesab olunur. Xəstəlik beyin hüceyrələrinin məhv edilməsi şəklində özünü göstərir. Müasir terapevtik metodlar yalnız simptomları yüngülləşdirməyə yönəldilmişdir və xəstəliyin inkişafını dayandıra və ya ləngidə bilmir. Bu baxımdan, Alzheimer xəstəliyi, qocalmanın sürətlə baş verdiyi inkişaf etmiş ölkələrdə, səhiyyədə ciddi problemə çevrilib. Xəstəliyin müalicə üsulları adətən potoloji təzahürlərə yönəldilir.