Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 16:15
Bakı. Trend:
31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib.
Trend-in məlumatına görə, sektorun balans kapitalı 4,492.8 mln. manat olub.
Aktivlər
May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb.
Öhdəliklər
2019-cu ilin may ayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb.
Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatıb.
Balans kapitalı
Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata çatıb.
Mənfəət və zərər
May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub. Bank sektorunun işçi heyətinin sayında artım may ayında da davam edib. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18,191 nəfər təşkil edib.
31 may 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin