Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 18:54
İspaniya millisinin və Real Madrid-in futbolçusu Serxio Regilon zədələnib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.
Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında Sevilla-da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi Sevilla-nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.