Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi'nin yeni aşağı qiymətli planşeti bir şarjdan 1 il işləyir - 22 DOLLAR

Xiaomi'nin yeni aşağı qiymətli planşeti bir şarjdan 1 il işləyir - 22 DOLLAR

Tarix: 8 Sentyabr 2020 23:48

Cihaz çox ucuz, incə, yüngüldür və batareyanın gücü ilə təxminən bir il işləyə bilir (ekranı hər gün maksimum 100 dəfə təmizləyirsinizsə). Planşet 20 düym diaqonallı böyük tabletdir.

Milli.Az techland.az-a istinadən bildirir ki, hal-hazırda planşeti 19 dollara əvvəlcədən sifariş etmək təklif olunur. Satış başlayandan sonra isə qiymət 22 dollar olacaq.

LCD ekranı gündə 100 dəfə təmizlədiyiniz təqdirdə, quraşdırılmış batareyaları ilə 1 il işləyən cihazdır. Planşet, rəsm çəkərkən və ya yazarkən adi kağız kimi hiss olunur. Üzərində yazmaq üçün planşetldə təchiz olunmuş xüsusi stilusu və ya sizin üçün uyğun olan hər hansı bir əşyanı istifadə edə bilərsiniz.

Yeganə çatışmazlıq, smartfon ilə sinxronizasiya edilməməsidir, baxmayaraq ki, bunu 19 dollarlıq cihazdan tələb etmək düzgün deyil.

Milli.Az


Etiketlər:  Xiaominin yeni aşağı qiymətli planşeti bir şarjdan 1 il işləyir 22 DOLLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ