Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 11:20
Bakı. Trend:
Yaponiyada hakim Liberal-Demokrat partiyasının yeni sədri seçilib.
Trend-in məlumatına görə, partiyanın qurultayı zamanı Nazirlər Kabinetinin hazırkı baş katibi Yosihide Suqa partiyanın yeni sədri olub.
Bu, ona Yaponiyanın yeni baş naziri olmağa imkan verəcək.
Qeyd edək ki, baş nazir Sindzo Abe bir müddət əvvəl sağlamlığı səbəbi ilə baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Sentyabrın 16-da Yaponiya parlamentində Y.Suqanın baş nazir seçilməsi ilə bağlı səsvermə keçiriləcək.