Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Astara yolunda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bakı-Astara yolunda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Tarix: 14 Sentyabr 2020 11:32

Bakı. Trend:

Bu gün Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu km-də "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

SOCAR PETROLEUM-dan Trend-ə verilən məlumata görə, bununlada ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdırıldı.

Cənub bölgəsindən Bakı istiqamətinə və Salyan rayonundan cənub bölgəsinə gedən istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 6 yanacaqpaylayıcı kalonkaquraşdırılmışdır. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin (QSC) 35 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər vardır.


Etiketlər:  Bakı Astara yolunda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ