Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb

Tarix: 15 Sentyabr 2020 14:24

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 10 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 6 408 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 47,8 faiz azdır.


Etiketlər:  Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb


RƏYLƏR