Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 15:30
"Avropada etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, bu məsələlər nə müzakirəyə çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar".
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, heç bir beynəlxalq təşkilat, hüquq müdafiəçiləri "Sarı jiletlilər"in etirazı və yaxud ABŞ-da Corc Floydun ölümünə etiraz edənlərə qarşı hüquq mühafizə orqanlarının tətbiq etdiyi zorakılığa görə səslərini çıxarmadılar:
"Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-da, Britaniyada, Almaniyada, İspaniyada və digər Qərb ölkərində kütləvi aksiyalar zamanı polislər etirazçılara qarşı amansız davranışları ilə seçilir. Digər tərəfdən, xarici ölkələrdə hüquq mühafizə orqanlarının güc amili, dinc aksiyalar dağıdılır, insanlara qarşı şiddət tətbiq olunur. Təəssüflər olsun ki, Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirmirlər, obyektiv olmurlar.
Fransada "Sarı jiletlilər"in etirazı və yaxud ABŞ-da Corc Floydun ölümünə etiraz edənlərə qarşı hüquq mühafizə orqanlarının tətbiq etdiyi güc amili ilə bağlı videokadrlar bütün dünyanı bürüdü. Lakin heç bir beynəlxalq təşkilat, hüquq müdafiəçiləri səslərini çıxarmadılar. Bu da açıq şəkildə onu göstərir ki, bu sahədə ikili standartlar var və geniş vüsət alıb".
Təhməz Əsədov