Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 10:32
Bakı. Trend:
Yaponiya parlamentində keçirilmiş səsvermə nəticəsində Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa ölkənin yeni Baş naziri seçilib.
Trend-in məlumatına görə, Y.Suqa parlamentin aşağı palatasında 314, yuxarı palatasında isə 142 səs toplayıb.
Yaxın zamanlarda o, yeni hökumət formalaşdıracaq. Yosihide Suqa Yaponiyanın sayca 99-cu Baş naziri olub.
Xatırladaq ki, bir neçə həftə əvvəl sabiq Baş nazir Sindzo Abe sağlıq vəziyyəti ilə əlaqədar istefa vermişdi.