Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 11:56
Bakı. Ceyla Əliyeva - Trend:
Koronavirus pandemiyasına baxmayaraq, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq davam edir.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Aİ-Azərbaycan 2020-2022” onlayn biznes forumunda deyib.
O bildirib ki, Azərbaycan hökuməti pandemiyanın yaratdığı problemlərə baxmayaraq, neft-qaz ehtiyatlarının tədarükünü yüksək səviyyədə davam etdirir.
K.Yankauskas əlavə edib ki, Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək:
“Aİ “yaşıl” iqtisadiyyat, eləcə də informasiya texnologiyaları sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Azərbaycanla əməkdaşlıq etməkdə olan Aİ şirkətləri bu ölkədə layihə reallaşdırmaq istəyən digər şirkətlər üçün perspektivlər açır”.