Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

Tarix: 21 Sentyabr 2020 15:54

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyasını messencerə əlavə etmək niyyətindədirlər. Bu haqda “WABetaInfo” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onlar artıq sözügedən yeniləmənin son versiyasını hazırlayıblar və yaxın vaxtlarda açıq beta sınaqlara başlanılacaq. Bundan sonra “WhatsApp” eyni zamanda 4 qurğuda istifadə edilə biləcək.

 

İstifadəçilər tez-tez bu proqramı bir neçə cihaz üçün dəstəyin olmaması səbəbindən qınaq edirdilər.

 

“WhatsApp”ın proqramçıları hələ cari ilin iyulunda bu funksiyanı elan etmişdilər. Yeni funksiya “Linked Devices” adlandırılacaq.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ