Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayor Stepanyan məhv edildi, alayın sağ qalan şəxsi heyəti qaçdı

Mayor Stepanyan məhv edildi, alayın sağ qalan şəxsi heyəti qaçdı

Tarix: 19 Oktyabr 2020 09:24

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.


Etiketlər:  Mayor Stepanyan məhv edildi alayın sağ qalan şəxsi heyəti qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ