Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 18 Noyabr 2020 14:15
Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını da qeyd edib: "Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə durmur".
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    