Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin Füzuliyə atdığı ''Tochka U'' raketi - VİDEO - FOTO

Ermənilərin Füzuliyə atdığı ''Tochka U'' raketi - VİDEO - FOTO

Tarix: 19 Noyabr 2020 11:45

Füzuli rayonunun yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan "Tochka U" raketinin qalıqları jurnaistlərə təqdim edilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, raket barədə açıqlama verən ANAMA əməkdaşı Musa Məmmədovun dediyinə görə, adıçəkilən silah "Tochka U" sisteminin 9M79 raketidir: "Raket oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonuna atılıb. Raketin uçuş məsafəsi maksimum 120 kilometrdir. Düşmən öz müdafiəsinin dərinliyindən bu əraziləri vura bilib. Raketin təyinatı əsasən canlı qüvvə, kommunikasiya, vacib obyektlərin məhv edilməsidir. Raket öz təyinatı üzrə yerə 20 metr qalmış məsafədə partlayır, 14 min 500 ədəd yarımhazır qəlpələrə bölünür. Qəlpələr 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. Raketdə 162,5 kiloqram partlayıcı var ki, trotillə bərabər çəkisi 200 kiloqrama malikdir. Raket bir neçə yüz metr aralıda partlayır, qəlpələr yayılandan sonra qalıq hissə yerə düşür".

M.Məmmədov bildirib ki, raket əkin sahəsinə düşdüyündən yaxınlıqdakı yaşayış məntəqələrinə ziyan dəyməyib.


Etiketlər:  Ermənilərin Füzuliyə atdığı Tochka raketi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ