Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 22:06
44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan bildirib.
M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və "SU 30"-un yararsız olması barədə əvvəlki açıqlamasına cavab olaraq dedi:
"44 gün yalan danışdıqları üçün bu gün yalan danışırlar. Elədirsə, ilk sual niyə uçmadılar? Bu 62 PUA vurulubsa, bunu necə hesabladılar və hava məkanı necə qorunmadı? Onları dəqiq kim vurdu və bu PUA-lar haradadır?"
M.Akopyan qeyd edib ki, baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-a qədər komək istəmədi: "Daha çox təfərrüatlar lazımdırsa, Baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm".