Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 22:12
Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiyası kainatın müşahidə olunmasında yüksək dərəcədə inkişaf edib. Lakin görünür, elmi cəmiyyətin gözündən nəsə yayınıb. Belə ki, astronomlardan ibarət qrup bildirib ki, son elmi tədqiqatlara əsasən kainatda mövcud olan işığın yarısının mənbəyi bilinmir. Bu barədə Futurism.com saytı xəbər verib.
5 il bundan öncə New Horizons adlı kosmik aparat Plutondan yan keçərək Koyper qurşağı istiqamətində səyahətini davam etdirən zaman alimlər kosmik aparatın alətlərindən istifadə edərək kainatın parlaqlığını təyin etməyə çalışmışdılar. Alimlər kosmik aparat tərəfindən çəkilmiş fotoları diqqətlə analiz etmiş və məlum olan bütün işıq mənbələrini filtrdən keçirtmişdilər.
Lakin nəticədə kainatda mövcud olan işığın yarısının mənbəyini təyin etmək mümkün olmamışdı. Bu isə ondan xəbər verə bilər ki, alimlər öz tədqiqatları zamanı nəyisə gözdən qaçırdıblar. Müasir tenxologiyalar isə gözdən qaçmış hansısa ehtimalı təyin edə bilmirlər. Alimlər güman edirlər ki, bu, teleskopların təyin edə bilmədikləri qalaktikaların işıqları və ya digər bir şeydir. Heç istisna deyil ki, qalaktikaların daxilində olan işıq miqdarı həmçinin qalaktikaların xaricində də mövcuddur.