Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 22:04
Moskva Dövlət Klinik Xəstəxanasının baş həkimi Valeriy Veçorko Rusiyada koronavirus pandemiyasının 2021-ci ilin axırında sona çatacağını deyib.
Sonxeber.net xəbər verir ki, o bu barədə "Rossiya 1" telekanalına danışıb.
"Yəqin ki, 2021-ci ilin yayına doğru zəifləmə olacaq. Mən belə düşünürəm. Çünki peyvəndlənməyə başlamışıq və həmin vaxta qədər çox sayda insan bu virusla təmasda olacaq. Bu səbəbdən koronavirus infeksiyasının 2021-ci ilin sonlarına qədər bitəcəyini düşünürəm", - V. Veçorko qeyd edib.
COVID-19-a qarşı kütləvi peyvəndlənmə ötən gün Moskvanın müxtəlif bölgələrindəki 70 klinikada başlayıb. Hələlik yalnız risk qrupuna daxil olan 18-60 yaş arası vətəndaşlar və təhsil, səhiyyə, sosial sahələrdə xidmət göstərən qurumların işçiləri peyvənd oluna biləcəklər. Bu günə qədər Rusiyada təxminən 2 milyon doza "Sputnik V" peyvəndi istehsal edilib. (publika.az)