Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 22:20
HAVELSAN şirkəti ilin sonuna qədər hazırlayacağı pilotsuz uçuş aparatlarının xüsusiyyətlərini açıqlayıb.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, HAVELSAN pilotsuz uçuş aparatının yüksüz halda çəkisi 450, ümumi çəkisi isə 650 kiloqramdır. 7.62 millimetr uzaqdan idarə olunan silah sisteminə malikdir. CBRN silah sensoru ilə təhlükəni aşkarlaya bilən PUA-nın bir robot qolu da var.
HAVELSAN şirkətinin rəsmi tvitinə görə, digər xüsusiyyətlər yaxın vaxtlarda açıqlanacaq.
PUA-nın qarlı, palçıqlı, yağışlı havalarda testdən uğurla keçdiyi, seriyalı istehsala sayılı günlər qaldığı qeyd edilib.