Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Twitter "Squad" tətbiqini satın aldı

Twitter

Tarix: 17 Dekabr 2020 23:12

Twitter ekran görüntüsünü bölüşmək imkanı yaradan "Squad" tətbiqini satın alıb.

Twitter şirkətinin satın alması ilə "Squad" tətbiqinin hansı formada yoluna davam edəcəyi də dəqiqləşib. Belə ki, şirkətin həmtəsisçiləri CEO Esther Crawford və CTO Ethan Suting öz komandaları ilə birlikdə Twitter-in dizayn, məhsul və mühəndislik şöbələrində çalışacaqlar. Bu alqı-satqı sayəsində Twitter platformasının sözügedən tətbiqə aid audio və video vasitələrdən istifadə edəcəyi iddia edilir.

Sosial media nəhənginin "Squad" tətbiqini satın almaq üçün nə qədər ödədiyi isə açıqlanmayıb.

Qeyd edək ki, "Squad" tətbiqi vasitəsilə insanlar real vaxt rejimində bir-birləri ilə ekran görüntüsünü bölüşə bilirlər. Bununla yanaşı, tətbiq vasitəsilə video zəng də həyata keçirmək mümkündür.

Milli.Az


Etiketlər:  Twitter Squad tətbiqini satın aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ