Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oppo smartfonların Türkiyədə istehsalına başlanılacaq

Oppo smartfonların Türkiyədə istehsalına başlanılacaq

Tarix: 24 Dekabr 2020 23:24

Çinin smartfon istehsalçısı Oppo yanvar ayında İstanbul və Kocaelidəki yeni müəssisədə istehsala başlayacaq.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, istehsala təxminən 50 milyon dollarlıq  sərmayə ilə  başlanacaq. Obyekt üçün Oppo-dan investisiya  sənədi alındığı və lazımi prosedurlarının tamamlandığı qeyd edilib.

Mütəxəssislər 2020-ci ilin üçüncü rübündə son 6 ildə əldə etdiyi ən yüksək  paya sahib olan Samsung Electronics və dünyada 300 milyondan çox istifadəçiyə çatan Oppo-nun Türkiyə istehsalını smartfon bazarına böyük töhvə kimi qiymətləndirirlər.


Etiketlər:  Oppo smartfonların Türkiyədə istehsalına başlanılacaq


RƏYLƏR