Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİN: Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat həqiqəti əks etdirmir

DİN: Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat həqiqəti əks etdirmir

Tarix: 24 Dekabr 2020 23:45

Bakı. Trend:

Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkarlanan şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.


Etiketlər:  DİN Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat həqiqəti əks etdirmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ