Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə pul müqabilində Assanjı zaminə buraxmaqdan imtina edib

Məhkəmə pul müqabilində Assanjı zaminə buraxmaqdan imtina edib

Tarix: 7 Yanvar 2021 08:30

London məhkəməsi "WikiLeaks"in qurucusu Culian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib.

Rədd cavabı C. Assanjın əvvəllər girov şərtlərini pozması ilə əlaqələndirilib.

Eyni əsasda hakimlər vəkillərinin əvvəlki bütün müraciətlərini rədd ediblər.

Xatırladaq ki, 49 yaşlı Culian Assanj minlərlə məxfi sənədin yayıldığı "WikiLeaks"in əsasını qoyanlardan biridir. Ona qarşı iddialar Əfqanıstan və İraqdakı müharibələrlə bağlı 2010-11-ci illərə aid məxfi sənədlərin yayılmasından sonra irəli sürülüb.

C.Assanj 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb və 2019-cu ilin aprelinə qədər orada yaşayıb. 2019-cu ildə Ekvador hökuməti ona verilən sığınacağı ləğv edib və İngiltərə polisi ABŞ-ın tələbi ilə onu səfirlikdə həbs edib.


Etiketlər:  Məhkəmə müqabilində Assanjı zaminə buraxmaqdan imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ