Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xuanxe çayının 800 kilometrə yaxın hissəsi donub - VİDEO

Xuanxe çayının 800 kilometrə yaxın hissəsi donub - VİDEO

Tarix: 8 Yanvar 2021 12:40

Çinin şimal hissəsində bir neçə gündür müşahidə olan şaxtalı hava şəraiti Xuanxe çayının 787 kilometrlik hissəsinin donmasına səbəb olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çinin Su Ehtiyatları Nazirliyinin məsələyə dair yaydığı məlumatda çayın əsasən Ninsia Huy və Daxili Monqolustan muxtar bölgələrindən keçən hissəsinin donduğu bildirilir. Bundan başqa, çayın Şandun vilayətindəki 4,6 kilometrlik hissəsi də donub.

Nazirliyin Xuanxe çayının mühafizəsi komissiyasının eksperti Çen Yintay bildirib ki, buz kütlələrinin qalınlaşması və çayın donan hissəsinin sürətlə genişlənməsi buz daşqını təhlükəsi riskini çoxaldıb.

Qeyd edək ki, 5464 kilometr uzunluğu olan Xuanxe çayı uzunluğuna görə Çinin ikinci çayı hesab olunur. Çin dilində "Sarı çay" adlanan Xuanxe ölkənin şimal-qərbindəki Çinhay vilayətindən başlayır və şərqə doğru 9 bölgədən keçərək Bohay dənizinə axır.

Çin Dövlət Meteorologiya Mərkəzi ölkədə müşahidə olunan şaxtalı hava ilə əlaqədar "mavi" səviyyədə xəbərdarlıq elan edib. Bildirilir ki, yanvarın 7-dən başlayaraq soyuq hava şəraiti mərkəzi və cənub bölgələrində də hakim olacaq, havanın temperaturu 10 dərəcə Selsiyədək aşağı düşəcək, yollar buz bağlayacaq, Yantzı çayı boyunca fırtınalar gözlənilir.

Yanvarın 7-də Pekində 1966-cı ildən bəri ən soyuq səhər çağı qeydə alınıb - mənfi 19,6 dərəcə Selci.


Etiketlər:  Xuanxe çayının kilometrə yaxın hissəsi donub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ