Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alibaba-nın rəhbəri niyə və hara yoxa çıxdı?

Alibaba-nın rəhbəri niyə və hara yoxa çıxdı?

Tarix: 10 Yanvar 2021 20:12

Alibaba korporasiyasının təsisçisi Cek Ma artıq 2 aydır ki, yoxa çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Biznesi ilə bağlı araşdırma başlandıqdan sonra Cek Maya "itkin düşmüş" adı verilib.

Nəzərinizə çatdıraq ki, sözügedən iş adamı hər zaman müxtəlif tədbirlərdə iştirak edib, son zamanlar isə heç bir kiçik yığıncaqda belə görülməyib. Təsis etdiyi şirkətin mətbuat xidmətinin yerli KİV-ə verdiyi açıqlamalara əsasən, Cek Manın "yoxa çıxması" iş qrafiki ilə bağlıdır. Onun harada olması isə naməlumdur.

Qeyd edək ki, Cek Ma dünyanın ən varlı insanları siyahısına daxildir. Onun sərvəti 61.7 milyard ABŞ dollarıdır.

Milli.Az


Etiketlər:  Alibaba nın rəhbəri niyə hara yoxa çıxdı


RƏYLƏR