Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 21:32
"LG" şirkəti smartfon istehsalını bağlamaq niyyətindədir. Bu barədə şirkətin direktoru Kvon Bonq Sokun şirkətin əməkdaşları üçün nəzərdə tutulmuş məktubunun surətini almış "Korea Herald" nəşri məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, jurnalistlərin sözlərinə görə, "LG Electronics" şirkətinin baş direktoru yanvarın 20-də əməkdaşlara göndərilmiş mesajda korporasiyanın smartfon bazarından getmək niyyətində olduğu barədə xəbərdarlıq edib. "Smartfon bazarında rəqabət çox yüksək olduğuna görə "LG" şirkəti düzgün qərar verməli və ən yaxşı seçim etməlidir" - Kvon Bonq-Sok qeyd edib.
Korporasiyanın rəhbəri izah edib ki, hadisələrin inkişafı üzrə üç variant nəzərdən keçirilir - smartfonların hazırlanması və istehsal tempinin azalması, mobil biznesin satışı və ya onun fəaliyyətinin dayandırılması. Sahibkar bildirib ki, əməkdaşlar şirkətin mümkün bağlanmasına görə narahat olmamalıdır, çünki bütün mütəxəssislər nəticədən asılı olmayaraq öz iş yerlərini qoruyub saxlayacaqlar.
Mütəxəssislərin qiymətləndirməsinə görə, son 5 ildə "LG" şirkətinin mobil bölməsinin zərəri təxminən 4,5 milyard dollar təşkil edib.