Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xperia Compact adlı smartfonlar satılacaq

Xperia Compact adlı smartfonlar satılacaq

Tarix: 30 Yanvar 2021 23:48

Yaponiyanın "Sony" şirkəti "iPhone 12 mini" cihazına rəqib olacaq yığcam qabaqcıl smartfonunu təqdim etmək niyyətindədir. Bu haqda "Twitter"də nüfuzlu "@OnLeaks" insayderi məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Xperia Compact" adlandırılacaq smartfon 5,5 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Aparat iki sensordan ibarət kamera blokuna malik olacaq, əsas sensorun təsvir ölçüsü 13 mp təşkil edəcək. "Xperia Compact" qurğusunun kənarında barmaq izləri skaneri quraşdırılacaq.

Yığcam smartfonun dəqiq çıxarılma tarixi məlum deyil, lakin yaxın aylarda təqdim edilə bilər.


Etiketlər:  Xperia Compact adlı smartfonlar satılacaq


RƏYLƏR