Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ölümlə nəticələnən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakıda ölümlə nəticələnən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Tarix: 9 Fevral 2021 16:48

Bakı. Trend:

Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

FHN-dən Trend-ə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

XXX

16:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.

Bakıda ölümlə nəticələnən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO) - Gallery Image Bakıda ölümlə nəticələnən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO) - Gallery Image Bakıda ölümlə nəticələnən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda ölümlə nəticələnən yanğın söndürülüb ƏLAVƏ OLUNUB FOTO


RƏYLƏR