Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 22:56
"Ağıllı" texnika üçün ən böyük prosessor istehsalçılarından biri olan "Qualcomm" şirkəti yarımkeçirici məhsulun çatışmazlığı ilə üzləşib. "Bloomberg" nəşri şirkətin baş direktoru Kristiano Amonun bəyanatına istinad edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, minik avtomobili istehsalçıları ilk olaraq bu problemlə üzləşiblər, bundan sonra məişət elektronikası sahəsində də defisit qeydə alınıb. 2020-ci ildə koronavirus pandemiyasına görə uzaq məsafədən iş üçün kompüterlərə və şəxsi avtomobillərə tələbat kəskin artıb.
"Qualcomm" şirkətinin qiymətləndirməsinə görə, tədarükçülər 2021-ci ilin ikinci yarısında yarımkeçiricilərlə bağlı çatışmazlığı aradan qaldıracaqlar.