Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 12:30
Bakı. Ceyhun Ələkbərov, Elçin Mehdiyev - Trend:
Türkiyədən gətirilən minatəmizləmə texnikaları yaxın zamanlarda azad olunmuş ərazilərdə istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi, general-mayor Anar Kərimov deyib.
O qeyd edib ki, Türkiyədən alınaraq Azərbaycana gətirilmiş mexaniki minatəmizləmə texnikası ilə əlaqədar mühəndis qoşunlarında mühəndis-istehkam bölmələrində hazırlıq-tədris proqramı təşkil olunub:
“10 günlük tədris proqramənda istehsalçı şirkətin nümayəndələri ilə birlikdə texnikanın işlədilməsi, istismarı və qulluğu tam şəkildə öyrədilib. Bu gün texnikanın paloqonda real şəraitdə minatamizləmə fəaliyyəti icra olunacaq və qısa zamanda bu texnika işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizləməsi işinə qatılacaq”.